"İspaniya ilə Tramp həm NATO, həm Rusiya, həm də İsrail məsələsində ciddi fikir ayrılığı yaşayır"

18-10-2025, 16:04           
"İspaniya ilə Tramp həm NATO, həm Rusiya, həm də İsrail məsələsində ciddi fikir ayrılığı yaşayır"
Birləşmiş Ştatlar İspaniyanı NATO büdcəsinə töhfələrini artırmaqdan imtina etdiyinə görə ikitərəfli ticarətə idxal tarifləri ilə cəzalandıra bilər. Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə argentinalı həmkarı Xavyer Mayli ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib. ABŞ prezidenti İspaniyanın hərbi xərclərini şərh edərkən, "Mən əslində etdiklərinə görə onları tariflər vasitəsilə ticarətdə cəzalandırmağı düşünmüşəm. Və bunu edə bilərəm" deyib. Tramp İspaniyanın Şimali Atlantika Alyansı daxilində hərbi xərclərini digər üzv ölkələr kimi ÜDM-in 5%-nə qədər artırmamasını “inanılmaz dərəcədə hörmətsizlik” hesab edir. "Düşünürəm ki, onlar buna görə cəzalandırılmalıdırlar", - ABŞ baş naziri vurğulayıb.
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,

NATO-nun xərclərini uzun illər ABŞ təkbaşına çəkib, indi bu məsələni bir qədər paylaşdırıb: “NATO üzvü olan digər dövlətlər Avropa ölkələrinə deyir ki, "siz də əlinizi daşın altına qoyun, NATO-nun xərclərini siz də ödəyin". Tramp əvvəl ümumdaxili məhsulun iki faizini tələb etdi, sonra isə bunu 5 faizə qaldırdı. Əksər NATO dövlətləri bunu qəbul etdi, amma İspaniya qəbul etmir. Bunun da öz səbəbləri var. Əvvəla, İspaniya Şərqi Avropada yerləşir. İspaniya hesab edir ki, indi NATO-nu ən çox təhdid edən Rusiyadır, İspaniya da Rusiyadan uzaqda yerləşir. İspaniya düşünür ki, “Rusiyanın bizə gəlib çıxmasına çox var”. Yəni ən az gərək Avropanın bütün Şərqi və Mərkəzi Avropanı işğal edə ki, sonra ona təhlükə yaranar. Bu gün ola bilər ki, büdcə imkanları birdən-birə bu qədər çatdırmağa imkan vermir. Bir sıra məsələlərdə, xüsusilə bu, İsrail məsələsində də açıq-aşkar İspaniya Amerika ilə razılaşmır, bəzən də ona qarşı çox sərt mövqe qoyur. Ona görə də, Trampın da İspaniyaya qarşı münasibətində bir qədər fərqli yanaşma var. Bu, ilk dəfə deyil.

Artıq neçənci dəfədir ki, Tramp İspaniyanı tənqid edir, hədələyir. Bir dəfə NATO-dan çıxarmağı təklif edəcəyini demişdi”.

Əli Mustafa qeyd edib ki, sanki İspaniya ilə Trampın bir fikir ayrılığı var deyə bilərik.

Politoloqun fikrincə, indi NATO-nun vəziyyəti bir qədər dəyişib.

“NATO indi gerçəkdən Rusiya ilə üz-üzə durub və xərclərin, ödəmələrin məbləği də artıb. Yəni artıq sülh dönəmi arxada qalıb. Hər halda, yəqin ki, gec-tez Avroatlantika, ölkələri razılığa gələcəklər. Yeri gəlmişkən, bu gün Brüsseldə Ramştayn formatında 31-ci toplantı keçirilir. NATO-nun böyük problemləri çoxdur və heç kimə sirr deyil ki, həm də Ukraynanı maliyyələşdirir. Yəni vəsait indeksləri var. Ona görə də Tramp istəyir ki, İspaniyaya bu məsələdə ayrıcalıq eləməsin. O da nəzərdə tutulan qədər NATO-ya üzvlük haqqı ödəsin ki, NATO qarşısına qoyduğu vəzifələrin öhdəsindən gələ bilsin”-deyə Əli Mustafa əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru