ABŞ Senatı Rusiyaya qarşı - Üç qanun layihəsi müzakirəyə çıxarılır

23-10-2025, 10:34           
ABŞ Senatı Rusiyaya qarşı - Üç qanun layihəsi müzakirəyə çıxarılır
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi bu həftə Rusiyaya qarşı təzyiqləri artırmağa yönəlmiş üç mühüm qanun layihəsini eyni anda müzakirəyə çıxaracaq.

“Axios” nəşrinin məlumatına görə, söhbət aşağıdakı təşəbbüslərdən gedir:

Rusiyanın dövlət səviyyəsində terrorizmi dəstəkləyən ölkə kimi tanınması;

Ukraynadakı müharibəyə dəstəyə görə Çinə qarşı yeni sanksiyaların tətbiqi;

Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsi.

Müzakirələr NATO baş katibi Mark Rüttenin Vaşinqtona səfəri ilə eyni vaxta təsadüf edir. Ryutte ABŞ Prezidenti Donald Tramp və aparıcı senatorlarla görüşəcək.

Ekspertlər qeyd edirlər ki, bu təşəbbüslərin Senatdan keçməsi halında, Konqres Ağ Evdən asılı olmayaraq Rusiyaya qarşı sərt mövqe nümayiş etdirə biləcək. Bu, həm də ABŞ-ın Ukraynaya dəstəyinin davam etdiyini göstərmək məqsədi daşıyır — xüsusən də administrasiyanın son aylarda maliyyə və hərbi yardım qərarlarında ləngimə müşahidə olunduğu bir vaxtda.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru