150 vurub meydana girən Medvedyev Trmpı hədələdi - “Bu, müharibə aktıdır!”

24-10-2025, 00:05           
150 vurub meydana girən Medvedyev  Trmpı hədələdi - “Bu, müharibə aktıdır!”
Donald Trampın Putinlə görüşdən imtina etməsi və onun prezidentliyi dövründə ilk dəfə ABŞ-nin Moskvaya sanksiyalar tətbiq etməsi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi “qəzəbləndirib”.

Son paylaşımında Medvedev Trampı “atəşə tutub”. Onun sözlərinə görə, ABŞ tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi və Donald Trampın Putinlə Budapeştdə gözlənilən görüşünü ləğv etməsi “müharibə aktıdır”.

Onun fikrincə, Donald Tramp “müharibə lehinə seçim edib”: “Əgər çoxsaylı şərhçilərdən hər hansı birinin hələ də hər hansı illüziyası varsa, alın: ABŞ bizim rəqibimizdir və onların çoxdanışan “sülhməramlısı”(Tramp-red.) indi tam şəkildə Rusiyaya qarşı müharibə yoluna çıxıb”.

Medvedev hesab edir ki, Tramp Kiyevin tərəfində “həmişə fəal mübarizə aparmasa” da, artıq bu münaqişə Co Baydenin yox, onun münaqişəsidir”: “Bu, əsas məsələni dəyişmir: qəbul edilən qərarlar Rusiyaya qarşı müharibə aktıdır. İndi Tramp da özünü ağlını itirmiş Avropa ilə eyniləşdirib”.

Eyni zamanda, Medvedev indiki vəziyyətin guya Rusiya üçün daha əlverişli oduğunu iddia edib. Medvedevin nöqteyi-nəzərincə, indi Ukrayna ilə “mənasız sövdələşmələr” bağlamaqdansa, onu istənilən silahlarla, istənilən yerdə vurmaq imkanı yaranıb: “Qələbəyə mümkün olan yerdə nail olmaq lazımdır. İş masası arxasında yox, yerdə”.

Xatırladaq ki, oktyabrın 23-də Tramp Putinlə Budapeştdə keçiriləcək sammitin ləğv edildiyini açıqlayıb. Tramp sammitin ləğvi ilə yanaşı, Rusiyanın iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoyl”a sanksiya tətbiq edib. /azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru