Yararsız bina, köçürülən şöbələr: 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri bağlanır?

Bu gün, 00:14           
Yararsız bina, köçürülən şöbələr: 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri bağlanır?
3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin fəaliyyətinin dayandırılacağı iddia olunur.

TEREF-in Oxu.Az-a istinadən məlumatına görə, təxminən bir ay əvvəl dispanserin Yoluxucu və Dəri şöbələri Hövsan qəsəbəsində yerləşən xəstəxanaya köçürülüb.

Məlumatda vurğulanıb ki, hazırda müəssisədə yalnız Poliklinika şöbəsi fəaliyyət göstərir.

Qeyd olunub ki, dispanserin baş həkimi məzuniyyətə getməzdən əvvəl müəssisənin də bağlanacağını bildirib:

"Əmri gözləyirik, bura da bağlanacaq".

Məlumata əsasən, dispanserdə mövcud şərait qənaətbəxş deyil, binanın vəziyyəti yararsızdır. Bağlanma səbəbi şəraitlə bağlıdır.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]