Başına 1 milyon qoyulmuşdu - Kriminal avtoritet İsraildə qətlə yetirildi

Bu gün, 00:12           
Başına 1 milyon qoyulmuşdu -
İsraildə “Qafqaz mafiyası”nın rəhbəri hesab edilən 45 yaşlı rusiyalı Yanis Yuşvaev qətlə yetirilib.
TEREF “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qeysəriyyə (Caesarea) şəhərində yerləşən “Agenda” kafesinin yaxınlığında qeydə alınıb.
Kanal yazır ki, pensiyaçı cildinə girən killer Rusiya mənşəli kriminal avtoriteti pusquda gözləyərək ona atəş açıb. O, Yuşvaevi qətlə yetirdikdən sonra onun müşayiətçilərinə doğru da bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Xatırladaq ki, Yuşvaevə ilk sui-qəsd cəhdi 2015-ci ildə olunub. Son vaxtlar isə onun digər kriminal avtoritetlərlə kəskin münaqişəsi olub və rəqibləri onun başına 1 milyon şekel (təxminən 568 min AZN) mükafat qoyublar. 2026-cı ilin fevralında Yuşvaev Ben-Qurion hava limanında rəqiblərinə qarşı hücum planlaşdırmaq şübhəsi ilə saxlanılmışdı.
Qeyd edək ki, Yuşvaev İsrailin mərkəzi rayonlarına nəzarət edən qruplaşmaya rəhbərlik edirdi. Qrupda Qafqaz mənşəli şəxslərin üstünlük təşkil etməsi səbəbindən şəbəkə “Qafqaz mafiyası” adı ilə tanınırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]