Rusiya Ermənistan dəmir yollarının konsessiya hüququnu 400 milyon dollara sata bilər - Paşinyan

Bu gün, 00:05           
Rusiya Ermənistan dəmir yollarının konsessiya hüququnu 400 milyon dollara sata bilər - Paşinyan
Rusiya Ermənistanın dəmir yollarının konsessiya hüququnu təxminən 400 milyon dollara sata bilər.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

"Rusiya ilə açıq danışırıq, heç nəyi gizlətmirik və istəyirik ki, dəmir yolları məsələsində qarşılıqlı anlaşma formalaşsın. Mənim qiymətləndirməmə görə, bu gün bu konsessiya hüququnu təxminən 400 milyon dollara satmaq mümkündür. Düşünürəm ki, bu, yaxşı fürsətdir", - Paşinyan bildirib.

O qeyd edib ki, Ermənistan Rusiyanın maraqlarına böyük hörmətlə yanaşır, lakin başqa ölkənin maraqlarını öz maraqlarından üstün tutmağı məntiqsiz hesab edir.

Paşinyan bu gün parlamentdə hökumətin 2026-2031-ci illəri əhatə edən proqramını təqdim edərkən bildirib ki, Ermənistan dəmir yollarının Rusiya tərəfindən idarə olunmasının davam etməsi Ermənistan üçün beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya imkanlarını əldən vermək riski yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]