Ukrayna "Patriot" tədarükü üçün növbə qaydasını dəyişdirməyi təklif edir

24-10-2025, 09:44           
Ukrayna "Patriot" tədarükü üçün növbə qaydasını dəyişdirməyi təklif edir
Ukrayna Avropaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün növbə qaydasını dəyişdirməyi təklif edir, çünki sistemlərə malik bəzi ölkələr onlardan Ukrayna kimi istifadə etmir.

Bunu Prezident Volodimir Zelenski Avropa Şurasının iclasında bildirib.

"Biz ABŞ hökuməti və müdafiə şirkətləri ilə "Patriot" sistemləri barədə danışdıq. Hətta Avropa və biz sistemlərə, eləcə də raketlərə görə ödəniş etsək belə, tədarüklər üçün gözləmə növbəsi yenə də var və bəzi ölkələr bizdən öndədir və ya artıq "Patriot" sistemlərinə malikdir. Ancaq xoşbəxtlikdən, onlar bu sisteməri bizim istifadə etdiyimiz kimi istifadə etməli deyil və biz qaydanın dəyişdirilməsini təklif edirik", - o qeyd edib.

V.Zelenskinin sözlərinə görə, Ukrayna sistemləri indi alacaq və növbəsi gələndə onları geri qaytarmağa və ya dəyişməyə hazırdır.

Həmçinin prezident tərəfdaşları noyabrda diqqəti PURL proqramına cəmləməyə çağırıb. \\Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru