Zelenski: Ukrayna İsveçdən 150 ədəd "Gripen" qırıcı təyyarəsi alacaq
26-10-2025, 09:54
Ölkə İsveçdən 150 ədəd "Gripen" döyüş təyyarəsi alacaq. Birinci təyyarələrin 2026-cı ildə gəlməsi gözlənilir. bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Telegram" kanalında qeyd edib.
"İsveçlə birlikdə Ukrayna döyüş aviasiyasını əhəmiyyətli dərəcədə artıracaq. Bu, iddialı bir məqsəddir və buna nail olmaq lazımdır. İndi tarixi bir addımdır - İsveçlə "Gripen" döyüş təyyarələri ilə bağlı razılaşma və bu, yaxşı seçimdir. Biz Ukrayna üçün bu təyyarələrdən 150-ni gözləyirik və birincisi gələn il gəlməlidir", - deyə Zelenski yazıb.
Onun sözlərinə görə, "Gripen" Ukraynanın təhlükəsizlik zəmanətlərinin bir hissəsi olacaq. "Səmamızı 100 faiz qoruya bilən Hərbi Hava Qüvvələri. Və Ukrayna əvvəllər heç vaxt döyüş aviasiyası ilə bağlı belə genişmiqyaslı razılaşma görməyib. Tarixi bir nailiyyətdir. Biz bunu tam şəkildə həyata keçirmək üçün çalışırıq", - deyə o vurğulayıb.
Zelenski həmçinin İsveçə dəstəyinə görə təşəkkür edib.