SİYASİ HƏQİQƏT: VƏTƏN XAİNLƏRİ BAĞIŞLANILMAZ!!!

5-11-2025, 11:54           
SİYASİ  HƏQİQƏT:
Bir alman, bir italyan, bir fransız və bir də ingilis itə xardal yedizdirmək üçün mərc edirlər.
Alman xardalı ovcunda yumrulayır və itin boynundan yapışaraq, zorla ağzına salır. Heyvan xardalı yemir, çünki ağzı yandığından dərhal çıxarır...
İtalyan “belə ola bilməz” deyib, xardalı makaron şəklində xırda-xırda doğrayıb itə yedizdirməyə çalışsa da, heyvanın ağzı yenidən yandığından buna nail ola bilmir...
Fransız məsələyə öz prizmasından yanaşaraq, əvvəlcə xardalı isladıb sous olaraq itə yedizdirməyə çalışsa da, heç bir nəticə əldə edə bilməyir...
Növbə İngilisə çatanda o, əvvəlcə iti böyrünə çəkib oxşayır, kürəyini sığallayır, sonra xardal topunu düzəldir və heyvanın ombasına yapışdırır. Köpək yandıqca xardalı yalamağa başlayır, yəni arxa tərəfi, ağrıdıqca yalayır, daha çox yalayır, daha çox ağrıyır, (eynilə kola kimi, nə qədər çox içsən, daha çox içirsən, düzdür...) amma axırda xardalı yalamaqla bitirir...
Ağıllı ölkələr də hədəf ölkələri istədikləri cərgədə saxlamaq üçün, onlara məqsədlərini xardal kimi yedizdirirlər. O ölkələr də nə yediklərini dərk edəndə, artıq çox gec olacaq!
Qısacası, elə bir zamanda yaşayırıq ki, ağıllı olmasan, sənə həm xardal yedirdəcəklər, həm g---nü yalatdıracaqlar və səni dönüşü olmayan yola salacaqlar!
Buna da hədəf ölkənin ərazisində yaşayan satılmış öz adamlarına çevirdikləri xainlərdən istifadə etməklə nail olurlar!
Esmira ŞÜKÜROVA
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru