Moskva Kiyevlə birbaşa danışıqlara hazırdır - Rusiya XİN

31-10-2025, 10:18           
Moskva Kiyevlə birbaşa danışıqlara hazırdır - Rusiya XİN
Rusiya Federasiyası Ukrayna ilə birbaşa danışıqları davam etdirməyə hazırdır.

APA xəbər verir ki, bu barədə “İzvestiya”ya müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Diplomatın sözlərinə görə, Moskva Ukrayna böhranının siyasi yolla həllinə açıqdır və İstanbul platformasının inkişafı üçün bütün şərait mövcuddur.

“Bütün lazımi şərait mövcuddur, lakin əsas problem Kiyevin siyasi iradəsinin olmamasıdır,” – deyə Qaluzin vurğulayıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru