ABŞ Cənub-Şərqi Asiya ölkələrinə Çinlə bağlı dəstək VERƏCƏK

2-11-2025, 11:34           
ABŞ Cənub-Şərqi Asiya ölkələrinə Çinlə bağlı dəstək VERƏCƏK
Pentaqon katibi Pit Hegset Çini təcavüzdə və Cənubi Çin dənizi sahilindəki ölkələrin suverenliyə hörmətsizlikdə ittiham edərək, Pekinin təhdidlərinə birgə cavab vermək üçün Cənub-Şərqi Asiya dövlətlərinə texnologiya dəstəyi verəcəyini vəd edib.

Bu barədə Redaktor.az "Reuters"ə istinadən xəbər verir.

ABŞ müdafiə naziri Avstraliya, Yaponiya və Filippin də daxil olmaqla müttəfiqlərlə çoxtərəfli görüşlər keçirib.

Danışıqlar zamanı Hegset Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının müdafiə nazirlərinə Çinə qarşı çıxmaq üçün dəniz sahəsinə dair ümumi anlaşma sistemi yaratmağı təklif edib.

"Siz Çinin təcavüzü və Cənubi Çin dənizində və başqa yerlərdəki hərəkətləri səbəbindən hamımızın üzləşdiyi təhlükələrin ortasında yaşayırsınız".

Hegset, ABŞ-nin innovasiyaları genişləndirmək üçün unikal qabiliyyəti olduğunu qeyd edərək, Çin təhdidlərinə birgə cavab vermək üçün bu ölkələri texnologiya təmin edəcəyinə söz verib. O, əmin edib ki, təxribatlarla üzləşən ölkələr Çinlə qarşıdurmada tək olmayacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru