Paşinyan Sarkisyandan qurtulmaq istəyir?

4-11-2025, 00:01           
 Paşinyan Sarkisyandan qurtulmaq istəyir?
Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan onun yaxın zamanda vəzifədən gedəcəyi və yerinə keçmiş İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyanın təyin olunacağı barədə yayılan xəbərləri “yalan məlumatlar” adlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərlə söhbətində danışıb.

“Mən bu mövzuları şərh etmək istəmirəm, çünki nazirlik haqqında daim yanlış məlumatlar yayılır”, - deyə o bildirib.

Sarkisyan jurnalistlərin “Baş nazir sizin fəaliyyətinizdən razıdırmı” sualına cavabında qeyd edib:

“Baş nazirin adından mən qiymət verə bilmərəm. 2025-ci ilin 9 ayının yekunlarına əsasən deyə bilərəm ki, nazirliyin əhəmiyyətli nailiyyətləri olub. Bununla yanaşı, həlli tələb edən problemlər də mövcuddur”.

Merdzavan hadisələri ilə bağlı Paşinyanın narazı qaldığı və bu səbəbdən Sarkisyanı vəzifədən azad etmək istədiyi barədə iddialara isə nazir qısa şəkildə cavab verib:

“Belə bir şey yoxdur, mən cəfəng məlumatları şərh etmirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru