Paşinyandan "kilsə əməliyyatı": Yeni ideologiya formalaşdırılır - GƏLİŞMƏ

4-11-2025, 00:06           
 Paşinyandan "kilsə əməliyyatı": Yeni ideologiya formalaşdırılır - GƏLİŞMƏ
“Ermənistan Baş naziri Nikol Paşinyan “kilsə əməliyyatını” öz hakimiyyətini qorumaq üçün aparır”.
Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullzadə Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, ümumerməni katolikosu II Qareginin ruspərəst və revanşist siyasət sərgiləməsi, Paşinyanın hakimiyyətini qəbul etməməsi, proseslərin bu həddə gəlib çatmasına səbəb olub:
“Kilsənin fəaliyyəti hər zaman sülhə qarşı olub. Onlar uzun illər Azərbaycan və türkəfob münasibət sərgiləyiblər. Rusiya ilə eyni mövqedən çıxış ediblər. Uzun illər Ermənistan hakimiyyətini ələ keçirənlər indi hakim dairələrdən uzaqlaşdırılır. Baş nazirin siyasəti həm kilsəni, həm də Rusiyanı narahat edir. Düşünürəm ki, Paşinyanın kilsə əməliyyatı uğurlu olacaq və II Qaregin vəzifəsindən uzaqlaşdırılacaq. Bu, həm də tarixi ədalətin bərpasıdır. Paşinyan “kilsə əməliyyatını” öz hakimiyyətini qorumaq üçün aparır. O, parlament seçkisindən əvvəl özünə təhlükə hiss etdiklərini “təmizləməyə” çalışır. Düşünürəm ki, bu proses başa çatdıqdan sonra kilsədə Paşinyan siyasətini dəstəkləyənlər yer alacaq. Onlar da Ermənistan cəmiyyətində yeni ideologiya formalaşdıracaq. Hansı ki, bu da qonşu xalqlarla sülh içində yaşamaqdır, yəni real Ermənistan ideologiyası”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru