Kallas 2030-cu ilə qədər Aİ-yə üzv olmaq üçün dörd namizədin adını açıqlayıb

5-11-2025, 08:24           
Kallas 2030-cu ilə qədər Aİ-yə üzv olmaq üçün dörd namizədin adını açıqlayıb
Kallas 2030-cu ilə qədər Aİ-yə üzv olmaq üçün dörd namizədin adını açıqlayıb
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 2030-cu ilə qədər Aİ-yə qoşula biləcək dörd ölkənin adını açıqlayıb.
"Report" xəbər verir ki, o, bu açıqlamanı Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının (AK) illik genişlənmə hesabatını təqdim edərkən verib.

Kallas mümkün namizədlər arasında Albaniya, Moldova, Ukrayna və Monteneqronu xüsusi qeyd edib.

"Biz 2030-cu ilə qədər Aİ-yə qoşulmağı yeni ölkələr üçün real məqsəd hesab edirik", - ali nümayəndə deyib.

Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, Aİ üzvlüyü Ukrayna üçün vacib təhlükəsizlik zəmanəti olmalıdır.

Kallas bundan əvvəl bildirmişdi ki, Aİ-nin genişlənməsi Avropa Komissiyasının əsas məqsədlərindən biridir və birliyin gələcəyinə investisiya kimi qəbul edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru