Trampdan Şaraya jest - Görüş öncəsi bu qətnamə göndərildi

6-11-2025, 09:24           
Trampdan Şaraya jest - Görüş öncəsi bu qətnamə göndərildi
ABŞ Suriya Prezidenti Əhməd Şaranın Ağ Evə səfəri öncəsi diplomatik fəallığını artırıb.

Belə ki, Prezident Donald Tramp administrasiyası Şara və Suriya daxili işlər naziri Anas Hattaba qarşı tətbiq edilən sanksiyaların ləğvini nəzərdə tutan qətnamə layihəsini Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına təqdim edib.

BMT mənbələrinin məlumatına görə, layihə Şaranın Tramp ilə bazar ertəsi Ağ Evdə keçirəcəyi görüşdən əvvəl hazırlanıb. Sənəddə adıçəkilən şəxslərə qarşı səyahət qadağasının, əmlakların dondurulması və silah embarqosu kimi sanksiyaların aradan qaldırılması təklif olunur.

Qətnamənin qəbul edilməsi üçün 15 üzvlü Təhlükəsizlik Şurasında ən azı doqquz ölkənin “lehinə” səs verməsi və daimi üzvlər — Rusiya, Çin, ABŞ, Fransa və ya Böyük Britaniyanın veto hüququndan istifadə etməməsi tələb olunur.

Təhlükəsizlik Şurasının sanksiyalar komitəsi son dövrlərdə Əhməd Şaraya səfər imtiyazları tanıyıb. Məlumatlara görə, Əl Qaidə ilə əlaqəsi olduğu deyilən HTŞ qruplaşması isə 2014-cü ildən BMT-nin sanksiya siyahısında qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru