“Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib” - Ermənistanda SENSASİYA

10-12-2025, 07:58           
“Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib” -
“2020-ci ildə 44 günlük müharibə zamanı həlak olanların bir qismi döyüş şəraitində ölməmişdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ümumerməni Həkimlər Assosiasiyası” QHT-nin rəhbəri Sergey Mxitaryan deyib.

O, Ermənistan ordusunun tibbi təchizatının çox zəif olduğunu bildirib:

“Yalan danışmamaq lazımdır. Müharibə zamanı həlak olanların bir qismi xəstəxanalara yerləşdirilən, döyüş meydanlarından güclə çıxarılan yaralılar idi. Onlar məhz tibb sahəsində yaşadığımız çatışmazlıqlara görə xilas edilə bilmədilər. Əsgərləri itirdik. Hətta 2022-ci il sentyabr döyüşlərində də eyni problemlə üzləşdik. Bunlar yanlış tibbi müdaxilə metodlarına görə baş verirdi. Müdafiə Nazirliyinin tibbi xidmətində ciddi nöqsanlar var. Dərman preparatlarının təminatı, tibb xidmətinin çevik hazırlıq səviyyəsi yaxşı deyil. Adicə tibb bacıları 3 ildən bir ixtsasartırma kurslarından keçirlər. Bu, zəif göstəricidir. Bizdə həkimklər, tibb işçiləri müharibə şəraitində yaralılara çevik və peşəkar müdaxilə edə bilmirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru