Almaniya höküməti: Ukraynaya dair sülh planı üzərində intensiv iş davam etdiriləcək

11-12-2025, 10:44           
Almaniya höküməti:
Ukrayna münaqişəsinin tənzimlənməsinə dair sülh planı üzərində intensiv iş yaxın günlərdə də davam etdiriləcək.

Bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius kansler Fridrix Merzin ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığından sonra açıqlayıb.

Korneliusun sözlərinə görə, dörd lider Ukraynada atəşkəs danışıqlarının gedişatını müzakirə ediblər.

“Sülh planı üzərində intensiv iş yaxın günlərdə də davam etdiriləcək”, - deyə o bildirib.

Rəsmi nümayəndə əlavə edib ki, dövlət və hökumət başçıları hazırkı mərhələni “Ukrayna və bütövlükdə Avroatlantik məkanın təhlükəsizliyi üçün həlledici an” kimi qiymətləndiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru