Paşinyan onlara məhdudiyyət qoydu: Ermənistanda nə baş verir?

24-01-2026, 10:18           
Paşinyan onlara məhdudiyyət qoydu:
Ermənistan Parlamenti ikinci və son oxunuşda Seçki Məcəlləsinə dəyişiklikləri qəbul edib.

Dəyişikliklər tələblərə cavab verməyən seçki müşahidəçi təşkilatlarının seçkilərdə iştirakını qadağan edir.

Qanun layihəsi hakim Mülki Müqavilə Partiyasının deputatları Arusyak Julhakyan, parlamentin dövlət və hüquq məsələləri daimi komitəsinin sədri Vladimir Vardanyan və Lilit Stepanyan tərəfindən hazırlanıb. Səsvermə zamanı 66 deputat lehinə, iki nəfər əleyhinə səs verib. Müxalifətdə olan “Ermənistan” fraksiyası isə səsvermədə iştirak etməyib.

Qəbul edilən dəyişikliklərə əsasən, hər hansı namizədin, siyasi partiyanın və ya seçki blokunun lehinə və ya əleyhinə açıq təbliğat aparan təşkilatlar seçkilərdə müşahidə missiyası həyata keçirə bilməyəcəklər. Bundan əlavə, müşahidəçi kimi iştirak etmək üçün müraciət ünvanlayan bütün təşkilatlar ictimai hesabat verməli və maliyyə mənbələrini açıqlamalıdırlar.

Beynəlxalq müşahidəçi təşkilatları üçünsə, mövcud qaydalar dəyişməz saxlanılıb. Onlar yalnız ölkənin ali rəhbərliyinin, prezidentin, baş nazirin, parlament sədrinin və ya Mərkəzi Seçki Komissiyasının rəsmi dəvəti əsasında Ermənistana gələ bilərlər.

Qeyd edək ki, müxalifətdə olan “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan sənədi antidemokratik adlandırıb və fraksiyanın bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcəyini bildirib.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru