Zelenski Əbu-Dabi danışıqlarının TƏFƏRRÜATLARINI açıqladı

25-01-2026, 10:44           
Zelenski Əbu-Dabi danışıqlarının TƏFƏRRÜATLARINI açıqladı
“Müharibənin dayandırılması prosesinə və real təhlükəsizliyin təmin olunmasına ABŞ-ın monitorinqi və nəzarətinin zəruriliyinin başa düşülməsini çox yüksək qiymətləndirirəm. Amerika tərəfi müharibənin başa çatdırılması parametrlərinin təsdiqlənməsinin mümkün formatları və bunun üçün tələb olunan təhlükəsizlik şərtləri məsələsini qaldırıb”.

Referans Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabi danışıqlarının yekunlarından bəhs edərkən bildirib.

Zelenski qeyd edib ki, bu günlər ərzində keçirilən görüşlərin yekununda bütün tərəflər danışıqların hər bir aspekti üzrə öz hökumətinə məlumat vermək və liderlərlə gələcək addımları razılaşdırmaq barədə razılığa gəliblər:

“Hərbçilər mümkün növbəti görüş üçün suallar siyahısını müəyyən ediblər. İrəliləməyə hazır olunduğu təqdirdə – Ukrayna buna hazırdır növbəti görüşlər olacaq və potensial olaraq gələn həftə keçirilə bilər. Nümayəndə heyətinin qayıdışından sonra şəxsi məruzə gözləyirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru