Xamenei ABŞ-ın hədələrindən sonra Tehranda bunkerə SIĞINDI

25-01-2026, 00:12           
Xamenei ABŞ-ın hədələrindən sonra Tehranda bunkerə SIĞINDI
ABŞ tərəfindən mümkün hücumla bağlı artan narahatlıqlar fonunda İranın ali dini lideri Ayətullah Xamenei Tehranda yeraltı bunkerdə gizlənir.

Referans Media xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Məlumata görə, İranın Ali rəhbəri Xamenei ABŞ tərəfindən potensial hücum riskinin artdığını qiymətləndirən yüksək rütbəli hərbçilərin tövsiyəsindən sonra Tehranda xüsusi yeraltı sığınacağa köçüb.

Obyekt bir-biri ilə əlaqəli tunellərdən ibarət möhkəmləndirilmiş kompleks kimi təsvir olunur. Nəşr həmçinin bildirir ki, Xameneinin üçüncü oğlu Məsud liderin ofisinin gündəlik idarəçiliyini öz üzərinə götürüb və icraedici hakimiyyət qolu ilə əsas əlaqə kanalı kimi çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru