Tramp bu ölkəni 100 faizlik rüsumlarla HƏDƏLƏDİ

25-01-2026, 10:54           
Tramp bu ölkəni 100 faizlik rüsumlarla HƏDƏLƏDİ
Əgər Ottava Çinlə ticarət razılaşmasına nail olarsa, Vaşinqton Kanadaya 100 faiz dərəcəsində rüsumlar tətbiq edəcək.

Referans Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “X” sosial şəbəkəsində yazıb.

“Əgər qubernator Karni Kanadanı Çinin ABŞ-a mal və məhsul göndərməsi üçün giriş limanına çevirə biləcəyini düşünürsə, o zaman ciddi şəkildə yanılır”, – deyə o bildirib.

“Əgər Kanada Çinlə razılaşma əldə edərsə, dərhal ABŞ-a göndərilən bütün Kanada mal və məhsullarına 100 faiz tarif tətbiq olunacaq”, – deyə D.Tramp qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru