Tramp üzr istəməlidir - Starmerdən sərt reaksiya

25-01-2026, 11:14           
Tramp üzr istəməlidir - Starmerdən sərt reaksiya
Böyük Britaniyanın Baş naziri Keyr Starmer ABŞ Prezidenti Donald Trampın NATO-nun Avropa qoşunlarının Əfqanıstanda döyüş əməliyyatlarından çəkindiyinə dair iddialarını sərt tənqid edib.
Ajans.az xəbər verir ki, Starmer bu cür açıqlamaların “təhqiramiz və həqiqətən həyəcanverici” olduğunu və Əfqanıstandakı missiya zamanı yaxınları həlak olan və ya yaralananların ailələrini narahat etdiyini bildirib.

O, xatırladıb ki, Əfqanıstandakı əməliyyatlarda 457 ingilis əsgəri həlak olub, yüzlərlə əsgər isə yaralanıb.

Starmer Trampı qurbanların ailələrindən üzr istəməyə çağırıb.

Qeyd edək ki, “Foks Nyus”a verdiyi müsahibədə Tramp digər NATO ölkələrinin Əfqanıstana qoşun göndərdiyini, lakin bu əsgərlərin “cəbhə xəttindən uzaq durduqlarını” bildirib. O, həmçinin ittifaqın lazım gələrsə, ABŞ-a kömək etməyəcəyinə inandığını bir daha təkrarlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru