Azad İran: Pezeşkianın oğlu internerin bağlanmasına reaksiya verdi
25-01-2026, 12:44

Yusif Pezeşkian deyib: "İnternetin bağlanması heç nəyi həll etməyəcək".
O, internetin nə vaxt açılacağı ilə bağlı suallara cavabında deyib: "Sizin kimi, mən də internetin nə vaxt normal vəziyyətinə qayıdacağını bilmirəm. Ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək.
Ola bilsin ki, təhlükəsizlik orqanları internetin geri qayıtmasının ölkədə sülhün daha bir pozulmasına yol açacağından narahatdırlar. Daha vacib narahatlıq isə internetin bağlı saxlanılmasının narazılıq yaradacağı və xalqla hökumət arasındakı uçurumu genişləndirəcəyidir. Yəni, narazı olmayanlar da narazılar siyahısına əlavə olunacaqlar.👇👇👇
İnterneti bağlamaq sanki hər şeyi silmək kimidir. İnternet bu gün həyatın zərurətinə çevrilib. Akademik həmkarlar xarici jurnallara göndərdikləri məqalələrə daxil olmaq və ya onları izləmək istəyirlər. İş adamları bizneslərini idarə etmək istəyirlər. Gənclər internetdə əylənir. Təhlükəsizlik orqanları internet vasitəsilə təhlükəsizliyi təmin etməlidirlər.
Digər bir təhlükəsizlik narahatlığı, ötən həftəki "zorakılığa çevrilən etirazlar"la əlaqəli video və görüntülərin yayımlanmasıdır.
Videoların yayımlanması gec-tez qarşılaşacağımız bir məsələdir. İnternetin bağlanması heç nəyi həll etməyəcək, sadəcə problemi təxirə salacaq".
Джавид Дамирли

