İran ABŞ-nin istənilən hücumuna sərt cavab verəcəyini bildirib

25-01-2026, 09:58           
İran ABŞ-nin istənilən hücumuna sərt cavab verəcəyini bildirib
ABŞ-nin İrana istənilən hücumu, miqyasından və xarakterindən asılı olmayaraq, İslam Respublikasına qarşı genişmiqyaslı müharibənin başlanması kimi qəbul ediləcək, Tehranın hücuma cavabı maksimum sərt olacaq.

TASS-ın məlumatına görə, bu barədə İranın yüksək vəzifəli rəsmisi Nyu-Yorkda jurnalistlərə bildirib.

"Biz bu dəfə istənilən hücumu, istər məhdud, istər limitsiz, cərrahi, kinetik və ya nə adlandırsalar da, bizə qarşı tammiqyaslı müharibə kimi qəbul edəcəyik və mümkün olan ən sərt güclə cavab verəcəyik", - o bildirib.

Daha əvvəl Pentaqon bildirib ki, ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru