Putin Trampa soyuq havaya görə Kiyevə 7 gün atəş açılmayacağını söz verib

30-01-2026, 10:24           
Putin Trampa soyuq havaya görə Kiyevə 7 gün atəş açılmayacağını söz verib
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlarda böyük irəliləyişin olduğunu bildirib.

O bu barədə Ağ Evdə keçirdiyi iclasda bildirib.

O, Rusiya və Ukrayna arasında müharibənin tezliklə başa çatacağına ümidvar olduğunu ifadə edib. “Biz böyük irəliləyiş əldə edirik,” – deyə o, xüsusi elçisi Stiv Uitkoffa müraciət edərək bildirib.

Tramp həmçinin qeyd edib ki, şəxsən Rusiya Prezidenti Vladimir Putindən xahiş edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynaya, xüsusilə də Kiyevə bu qış dövründə bəzi hücumları bir həftəlik dayandırsın.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru