Lavrov: Nazirlərin “3+3” formatında üçüncü görüşü planlaşdırılır, Gürcüstan üçün qapı açıqdır

30-01-2026, 11:44           
Lavrov: Nazirlərin “3+3” formatında üçüncü görüşü planlaşdırılır, Gürcüstan üçün qapı açıqdır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə və Azərbaycanla birlikdə "3+3” formatında növbəti görüşə hazırlıq aparıldığını açıqlayıb.

APA xəbər verir ki, Lavrov Gürcüstanın da danışıqlara qoşulmasının arzuolunan olduğunu vurğulayıb.

"Türkiyə və Azərbaycanla birlikdə artıq ‘3+3’ formatının əsas üzvləri ilə nazirlər səviyyəsində iki görüş keçirmişik. İndi üçüncü görüş hazırlanır. Gürcü qonşularımız hazırda iştirakdan yayınırlar. Lakin biz hər zaman vurğulayırıq ki, onlar üçün qapı açıqdır. Həmkarım cənab Hakan Fidan nazirlərin üçüncü görüşünün keçirilməsini fəal şəkildə dəstəkləyir. Hazırda görüşün yeri müəyyənləşdirilir. Ümid edirəm ki, bu proses mümkün qədər tez yekunlaşacaq”, – Lavrov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru