Mirhüseyn Musəvi: “Oyun bitdi; hakimiyyətdən geri çəkilin”

30-01-2026, 11:28           
Mirhüseyn Musəvi: “Oyun bitdi; hakimiyyətdən geri çəkilin”
O, Konstitusiya üzrə referendumun keçirilməsini və repressiyalara son qoyulmasını tələb edib.
İranın keçmiş baş naziri və “Yaşıl Hərəkat”ın liderlərindən olan Mirhüseyn Musəvi, artıq 15 ildən çoxdur ev dustaqlığında saxlanılan siyasətçi, 9 bəhmən 1404-cü il (29 yanvar 2026) tarixində yaydığı bəyanatda deyib ki, dey ayı etirazlarının zorakılıqla yatırılması “xalq əleyhinə böyük bir xəyanət və cinayətdir”. O, xarici müdaxilə olmadan Konstitusiya üzrə referendumun keçirilməsinə və ölkədə siyasi dəyişikliklərə çağırıb.
Bəyanatda deyilir: “Xalq daha hansı dildə desin ki, bu sistemi istəmir və yalanlarınıza inanmır. Artıq bəsdir. Oyun bitdi… Nə sizin ölkənin böhranlarına çıxış yolunuz var, nə də xalqın nəticə əldə olunana qədər yenidən etirazdan başqa çarəsi.”
Musəvi həmçinin vurğulayıb ki, silahlı qüvvələr “gec-tez və ehtimal ki, tezliklə” etirazçıların repressiyasında iştirak etməyəcək və əlavə edib: “Silahlarınızı yerə qoyun və hakimiyyətdən geri çəkilin ki, xalq bu torpağı özü azadlığa və abadlığa aparsın.”
O, çıxış yolunun “xarici müdaxilənin rəddi, daxili istibdadın inkarı və dinc, demokratik keçid” prinsipləri əsasında geniş milli cəbhənin formalaşdırılması və Konstitusiya üzrə referendumun keçirilməsi olduğunu bildirib. Musəvi sonda qeyd edib ki “davamlı sülh və təhlükəsizlik yalnız xalqın iradəsi və xarici müdaxilə olmadan mümkündür.”
Gunaz.tv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru