Heç kəsi dini inancına görə həbs etmirlər.

30-01-2026, 16:28           
Heç kəsi dini inancına görə həbs etmirlər.
İranın mollakratiyasının dəstəyi ilə ölkəmizdə pozuculuq , separatçı və terror fəaliyyəti üçün yaradılmış olan "Müsəlman Birliyi Hərəkatı" məlumat yayıb.
Məlumata görə Qapalı rejimli Umbakı Penitensiar Kompleksində saxlanılan 13 inanclı fəal yanvarın 26-dan aclıq aksiyasına başlayıb.
Fəallar bildiriblər ki, tələbləri yerinə yetirilməsə, quru aclıq aksiyasına keçəcəklər.
Müstəqillik dönəmində dövlətin dini məkanların, məscidlərin və ziyarətgahların təmir və tikintisinə milyonlarla manat vəsait ayırması , dini icmalara maliyyə vəsaiti ayırması göz qabağındadır. Heç kəsi dini inancına görə həbs etmirlər. Sənin dini inancın və fəaliyyətin suverenliyinə təhdid yaranırsa ölkə qanunvericiliyi ilə ziddiyyət təşkil edirsə şəriət ölkəsi olan əmr aldığınız İrana mühacirət edib dini qanunlara uyğun yaşaya bilərsən. Azərbaycan dinin dövlətdən ayrı olduğu sekulyar ölkədir. Sənin azadlığın başqalarının hüquqlarını pozduğun yerdə qanunvericiliklə məhdudlaşdırılır. Bu beyni iran tərəfindən yuyulmuş radikallar İran molla rejiminə arxayın olaraq dövlətçiliyimizə qarşı çıxırlar , bunlar həmçinin vətəndaşlar üçün potensial təhlükə mənbəyidir.
Hərdən dua etsinlər ki, bunlar İranda yox Azərbaycanda yaşayırlar, əks halda aclıq aksiyasına ehtiyac qalmazdı, bunları dar ağacından asacaqdılar.
Джавид Дамирли
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru