"Simpsonlar" yenə hər şeyi bildi - Epşteynlə bağlı şok iddia

4-02-2026, 08:24           
"Simpsonlar" yenə hər şeyi bildi - Epşteynlə bağlı şok iddia
ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan Ceffri Epşteynlə bağlı 3 milyondan çox sənəd dünya miqyasında böyük rezonans doğurub. Bu fonda illər əvvəl yayımlanan "Simpsonlar" cizgi serialının bir epizodu Epşteynin şəxsi adası ilə bağlı müzakirələri yenidən alovlandırıb.

TEREF Publika.az-a istinadən xəbər verir ki, müzakirələrin mərkəzində 2001-ci ildə yayımlanan "The parent rap" bölümü dayanır.

Bölümün epizodlarından birində arxa planda cəmi bir neçə saniyə ərzində lövhədə yazılmış "Xəbərdarlıq: Bir adada yaşayan dəli insan qrupu dünyanı gizlicə idarə edir" sözləri göstərilir.

Həmin dövrdə bu, absurd bir satira kimi şərh edilib. Lakin son hadisələrdən sonra bu ifadənin Epşteynin “Kiçik Sent-Ceyms” adasına işarə etdiyi güman olunur. İddia olunur ki, cizgi serialı məhz həmin dövrdə Epşteynin dünya liderləri, məşhurlar və milyarderlərlə əlaqəli fəaliyyətini öncədən proqnozlaşdırıb.

"Simpsonlar" serialının yaradıcısı Mett Qroeninqin adının Epşteyn sənədlərində yer alması da müzakirənin böyüməsinə səbəb olub. Epşteynin qurbanı Virciniya Cuffrenin iddiaları arasında Qroeninqin Epşteynin sosial dairəsinin bir hissəsi olduğuna dair ifadələr də var. Lakin Qroeninqə qarşı bununla bağlı heç bir ittiham irəli sürülməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru