Rusiya: "Nüvə razılaşması uzadılmazsa, dünya daha təhlükəli olacaq"

4-02-2026, 16:34           
Rusiya: "Nüvə razılaşması uzadılmazsa, dünya daha təhlükəli olacaq"
"Yeni Strateji Silahların Azaldılması Müqaviləsi ("New START") 5 fevralda başa çatarsa, dünya daha təhlükəli bir vəziyyətlə üzləşəcək".

Qaynarinfo xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlaması zamanı bildirib.

ABŞ Prezidenti Donald Trampın Hindistanın artıq Rusiya nefti almayacağı barədə açıqlamasını şərh edən Peskov, Hindistanın bu mövzuda rəsmi açıqlama vermədiyini qeyd edib. Kremlin sözçüsü ABŞ-Hindistan münasibətlərinə hörmət etdiklərini vurğulayaraq, "Hindistanla inkişaf etmiş strateji tərəfdaşlığımızın davamına önəm veririk. Bu bizim üçün prioritetdir və ikitərəfli münasibətləri hər şəkildə daha da inkişaf etdirməyi hədəfləyirik” deyib.

"New START" müqaviləsinin müddətinin 5 fevralda başa çatacağını xatırladan Peskov bildirib ki, sadəcə bir neçə gün içində dünya yəqin ki, daha təhlükəli olacaq. İlk dəfədir ki, dünyanın ən böyük nüvə arsenalına sahib iki ölkəsi – ABŞ və Rusiya – bu arsenalları məhdudlaşdıran bir müqavilə olmadan qalacaq.

Peskov müqavilənin uzadılması istiqamətində Rusiya tərəfindən aparılan təşəbbüslərə ABŞ-dan cavab almadıqlarını da əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]