Bu gün "Epşteyn faylları" dünyada ən çox müzakirə olunan mövzudur. Onun ölümü ilə bağlı bir neçə faktı xatırlatmağın vaxtıdır. Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı federal həbsxanada məhkəməni gözləyərkən "intihar" etdi. Ölüm gecəsi mühafizəçilər yuxuya getmiş və hər 30 dəqiqədən bir yoxlamalar aparmamışdılar. Çox ciddi qanun və xidmət pozuntusudur. Bütün qaydalara zidd olaraq Epşteynin kamera yoldaşı kameradan çıxarılmışdı və ancaq bundan sonra hadisə baş verdi. Həmin məqamda naməlum səbəblərdən videomüşahidə kameraları "işləmirdi". Onun ölümündən sonra barəsində olan iş bağlandı, potensial fiqurantların bir çoxu isə heç vaxt məhkəmə qarşısına çıxmadı. Kamran Cəfərov TEREF