Qardaşım Trampın əmri ilə öldürülüb - Mark Epşteyn

7-02-2026, 12:34           
Qardaşım Trampın əmri ilə öldürülüb - Mark Epşteyn
Amerikalı maliyyəçi Ceffri Epşteyn ABŞ prezidenti Donald Trampın əmri ilə öldürülüb, çünki o, ad çəkmək istəyirdi.

TEREF Teleqraf-a istinadla xəbər verir ki, bunu pedofillikdə ittiham olunan Ceffri Epşteynin qardaşı Mark "Metro" qəzetinə müsahibəsində bildirib.

Qəzet yazır ki, Tramp Epşteynin ölümü ilə bağlı heç vaxt ittiham olunmayıb və bu ölüm hadisəsi intihar kimi qiymətləndirilib.

Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ilin iyulunda Nyu-York ştatında saxlanılıb, ona qarşı azyaşlı qızların istismarı ilə bağlı ittiham irəli sürülüb. Amma o, həmin ilin avqustunda həbsxana kamerasında intihar edib və bundan sonra cinayət işinə xitam verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru