Bu, çox yaxşı son xəbərdir.

7-02-2026, 12:18           
Bu, çox yaxşı son xəbərdir.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker ABŞ administrasiyası adından bildirib ki, Vaşinqton sülh müqaviləsi imzalananadək Ukraynaya silah tədarük etməyə davam edəcək. Onun sözləri Newsmax tərəfindən sitat gətirilib.
"Sülh müqaviləsinə nail olmaq üçün lazım olan müddətdə biz silahlarımızı NATO müttəfiqlərinə verməyə davam edəcəyik, onlar öz növbəsində bunları əsasən, Ukraynaya tədarük edəcəklər", - Uitaker bildirib.
Daimi nümayəndə bildirib ki, söhbət münaqişə davam etdikcə hava hücumundan müdafiə və hücum (yəni ballıstik raket) silahlarından gedir.
"Çünki məhz bu qüvvə sülhü təmin edəcək ki, bu müharibə bitdikdən sonra Avropa qitəsinə başqa bir işğalla qarşılaşmayaq"- o bildirib. Bu, ABŞ, Trampın Ukrayna və Avropaya dönüşüdür.
Ilqar Altay
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru