Əli Kərimlinin həbs müddəti uzadılıb

10-02-2026, 08:35           
Əli Kərimlinin həbs müddəti uzadılıb
Ramiz Mehdiyevin cinayət işi üzrə həbs edilən AXCP sədrinin həbs müddəti uzadılıb

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

"Report" xəbər verir ki, Səbail Rayon Məhkəməsində DTX-nin müstəntiqlərinin vəsatəti əsasında Ə.Kərimli barəsində seçilmiş həbs qətimkan müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini daha 4 ay müddətinə uzadıb.

Qeyd edək ki, Ə.Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.

Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi üzrə ittiham verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru