Cey Di Vensi Cənubi Qafqaza səfərində azı 10 təyyarə müşayiət edib - Təhlükəsizliyə niyə maksimum nəzarət var?

10-02-2026, 09:46           
Cey Di Vensi Cənubi Qafqaza səfərində azı 10 təyyarə müşayiət edib - Təhlükəsizliyə niyə maksimum nəzarət var?
Sovet imperiyasından ayrılıb müstəqil dövlətə çevrilən Cənubi Qafqaz ölkələrinə zaman-zaman Amerika Birləşmiş Ştatları tərəfindən yüksəksəviyyəli səfərlər təşkil olunub. Bu gün Cənubi Qafqaz yenə dünyanın diqqət mərkəzindədir. Bu dəfə region Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin səfəri ilə dünya miqyasının manşetlərindədir.

Bu barədə Baku TV-nin videomaterialında qeyd olunur.

Vitse-prezidentin Ermənistan və Azərbaycana fevralın 9-da başlayan səfəri ilə əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilib. Təhlükəsizliyi təmin etmək üçün Vaşinqtona məxsus "C-17" hərbi nəqliyyat təyyarələri Ermənistana eniş edib. Məlumatlara görə, Vensin Cənubi Qafqaza səfəri zamanı onu azı 10 təyyarə müşayiət edib.

Məlumdur ki, xüsusi vəzifəli şəxslərin təhlükəsizliyini təmin etmək zərurətdir. Nəzərə almaq lazımdır ki, vitse-prezident ABŞ konstitusiyasına əsasən ikinci şəxsdir. Birləşmiş Ştatlarda prezident vəzifələrini icra edə bilmədiyi anda o, qanuni prezidentə çevrilir. Eləcə də Senatda səslər əlli-əlliyə nisbətində olanda son sözü vitse-prezident deyir. Həmçinin administrasiya üzvlərinin andiçməsini Birləşmiş Ştatlarda vitse-prezident qəbul edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru