"Meksika ABŞ tarif sanksiyaları səbəbindən Kubaya neft daşınmasını müvəqqəti olaraq dayandırıb, lakin adaya humanitar yardım göstərməyə davam edəcək".
TASS-ın verdiyi xəbərə görə, bunu Meksika Prezident Klaudia Şeynbaum mətbuat konfransında deyib.
O, əlavə edib ki, Vaşinqton adaya yanacaq tədarük edən ölkələrə tarif tətbiq edib. Onun sözlərinə görə, Mexiko ABŞ məhdudiyyətləri altına düşmədən Havananı dəstəkləməyin yolunu tapmaq üçün diplomatik yollar axtarır.
K.Şeynbaum, həmçinin ABŞ-ni məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Prezident vurğulayıb ki, Meksika Kubaya humanitar dəstəyindən imtina etməyəcək.