Hakimiyyəti zorla ələ keçirmək istəyənlərin TAM SİYAHISI

12-02-2026, 15:51           
Hakimiyyəti zorla ələ keçirmək istəyənlərin TAM SİYAHISI
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək istəyən şəxslərin adlarını açıqlayıb.

“Yeni Sabah” həmin şəxslərin siyahısını təqdim edir.

Ramiz Mehdiyev

Abbas Abbasov

Əli Kərimli

Rüstəm İbrahimbəyov (vəfat edib)

Fuad Qəhrəmanlı

Qənimət Zayıdov

Məmməd İbrahim

Eldar Əmirov

Bundan başqa, DTX tərəfindən yayınlanmış siyahıdan məlum olur ki, proseslərin maliyyələşdirilməsi məqsədi ilə Rusiyadan Azərbaycana aşağıda adları qeyd olunmuş şəxslər pul göndərib:

Eltac Əhməd oğlu Əlisoy

Müşfiq İbrahim oğlu Qazıyev

Müşfiq Əzizalı oğlu Əsgərov

İbrahim Çərkəz oğlu Məcidov

Elməddin Əziz oğlu İsmayılov

Əli Əliağa oğlu Cavadov

Cavanşir Nusrəddin oğlu Abuşov

Mehman Cavanşir oğlu Abuşov

Qərib Mehdi oğlu Nəbiyev

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb. Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri – Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdəşdikləri məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru