ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ

14-02-2026, 00:02           
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ
ABŞ vitse-prezidentinin Bakıya səfəri sadəcə protokol hadisəsi deyil. Bu, Vaşinqton–Bakı xəttində yeni strateji mərhələnin başladığını göstərir.
Bu barədə Milli Məclisin deputatı, Xarici və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Pərvanə Vəliyeva yazır.
İmzalanmış ABŞ–Azərbaycan Xartiyası üç əsas istiqaməti əhatə edir:
• Enerji və regional bağlantı
• Süni intellekt və rəqəmsal infrastruktur sahəsində investisiya
• Müdafiə və təhlükəsizlik əməkdaşlığı
Bu artıq taktiki əməkdaşlıq deyil. Uzunmüddətli strateji çərçivədir.
Səfərin mərkəzində iqtisadiyyat dayanırdı. ABŞ Ticarət Palatasının enerji, nəqliyyat, texnologiya və ərzaq sektorlarını təmsil edən şirkətləri Bakıda idi. Yəni söhbət bəyanatlardan yox, real kapitaldan və layihələrdən gedir.
Regional bağlantı məsələsi xüsusi vurğulandı. TRIPP layihəsi — Azərbaycanı Naxçıvanla və Orta Dəhliz vasitəsilə Avrasiya xətti ilə birləşdirəcək yeni multimodal platforma — Cənubi Qafqazı ticarət və investisiya mərkəzinə çevirməyi hədəfləyir.
Deputatın yazdığı kimi, iqtisadi inteqrasiya, rəqəmsal transformasiya və infrastruktur inkişafı artıq iki ölkə arasında gündəliyin əsasını təşkil edir.
Bu, balans siyasətinin davamıdır, amma daha geniş miqyasda. Azərbaycan özünü regional tranzit və enerji aktoru kimi deyil, strateji bağlantı qovşağı kimi təqdim edir.
Sual artıq budur: bu tərəfdaşlıq hansı sürətlə dərinləşəcək və regionun geosiyasi xəritəsini necə dəyişəcək?
Elbeyi Hesenli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru