Umerov: "Ukrayna məsələlərin liderlər səviyyəsində müzakirəsinə hazırdır"

21-02-2026, 10:15           
Umerov: "Ukrayna məsələlərin liderlər səviyyəsində müzakirəsinə hazırdır"
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov İsveçrədə keçirilən görüşlərin nəticələri barədə açıqlama verib.
APA-nın verdiyi xəbərə görə, Umerov bildirib ki, danışıqlar qrupunun ətraflı hesabatı təqdim olunub və müharibəni ləyaqətlə başa çatdırmaq üçün real imkanların qaldığı hesab edilir.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin Rusiyaya təzyiq göstərmək qabiliyyəti etibarlı sülhün müharibəni əvəz etməsinə əhəmiyyətli dərəcədə kömək edə bilər.

Umerov qeyd edib ki, fevral ayında daha bir danışıqlar raundunun təşkilinə və bu görüşün məhsuldar olacağına ümidvardırlar. O vurğulayıb ki, növbəti üçtərəfli görüş ərəfəsində Ukraynanın ən çətin suallara cavabları hazırdır və danışıqlar qrupunun prioritetləri müəyyən edilib.

Şura katibi əlavə edib ki, liderlər səviyyəsində görüş formatı həlledici rol oynaya bilər:

“Komandalar səviyyəsində həll olunmayan məsələlərin liderlər səviyyəsində müzakirəsi vacibdir və Ukrayna bu formata hazırdır”, – deyə Umerov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru