Özbəkistan prezidentinin təyyarəsi Rusiya səmasında naməlum ölkədən gələn şübhəli "naməlum" hərbi təyyarə ilə səhv salınıb.
23-02-2026, 09:11
Və Rusiya Hərbi Hava Qüvvələri hərəkətə keçib. Rusiya Telegram kanalları və mediası hərbi mənbələrə istinadən ölkənin hava məkanında Vaşinqtondan Qazaxıstanın sərhədinə doğru uçan "naməlum" bir Boeing 787 təyyarəsinin peyda olduğunu bildirib. Və təyyarənin nəsə, Hərbi Hava Qüvvələrinə məxsus ola biləcəyi, həm də bəzi şübhəli yük daşıdığı irəli sürülüb. Daha sonra təyyarənin Özbəkistan prezidenti Şavkat Mirziyoyevə məxsus olduğu məlum olub. ABŞ-da Sülh Şurası zirvə toplantısında iştirak etdikdən sonra Daşkəndə qayıdırmış. Rusiya, Qazaxstan, Özbəkistanın mediası və teleqram kanalları daha ətraflı məlumat yayır. Yazırlar ki, təyyarəni çaşıb vura da bilərlərmiş. Bu ölkənin hava məkanı sistemi necə işləyir? Nə desən çıxar, Rusiyanın bu günkü halından. Yaxşısı, bu ölkənin səmasından yan keçəsən. Ilqar Altay TEREF