Putin: "Türk axını" və "Mavi axın" qaz kəmərlərini partlatmağa cəhd edirlər"

25-02-2026, 07:24           
Putin: "Türk axını" və "Mavi axın" qaz kəmərlərini partlatmağa cəhd edirlər"
Rusiya Prezidenti Vladimir Putin Qara dənizin dibi ilə Türkiyəyə uzanan "Türk axını" və "Mavi axın" təbii qaz kəmərlərinə qarşı təxribat cəhdləri barədə məlumat aldıqlarını bildirib.

"Haber Global" xəbər verir ki, bu barədə o, Federal Təhlükəsizlik Xidmətinin (FTX) iclasındakı çıxışı zamanı danışıb.

Putin qeyd edib: "Öz kəşfiyyatımızdan müəyyən məlumatlar daxil olur. Kimlərsə Qara dənizin altından Türkiyəyə uzanan bu qaz kəmərlərini partlatmağa çalışır".

Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü ilə bağlı çıxışında o, enerji infrastrukturuna qarşı hücumları da xatırladıb və bunların danışıqlar prosesini pozmağa yönəlmiş təxribat cəhdləri olduğunu iddia edib.

Rusiya lideri Ukraynanı və onu dəstəkləyən ölkələri sülh prosesini sabotaj etməkdə ittiham edib. Putin bildirib ki, Rusiya Müdafiə Nazirliyinə və müdafiə sənayesi müəssisələrinə təhlükəsizliyin gücləndirilməsi, eləcə də sərhədlərin qorunması ilə bağlı tapşırıqlar verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru