Müəmmalı qəza, əlindən alınan media və həbs – Rusiyada baş redaktorun başına gələnlər
27-02-2026, 17:59
Rusiyada müstəqil media mənsubları ətrafında növbəti qalmaqal yaşanır.
Musavat.com Rusiya mənbələrinə istinadən xəbər verir ki, müharibə yönümlü Readovka nəşrinin keçmiş baş redaktoru və təsisçisi Aleksey Kostılev dələduzluq ittihamı ilə saxlanılıb.
Məlumata görə, o, Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə ittiham olunur. Hüquq-mühafizə orqanlarındakı mənbələrin RBK-ya bildirdiyinə əsasən, Kostılev fevralın 25-də saxlanılıb. Bu məlumatı силovik strukturlarına yaxın hesab edilən Baza teleqram kanalı da təsdiqləyib.
Xatırladaq ki, 2024-cü ilin payızında Kostılev avtomobil qəzasına düçar olub, ağır xəsarətlər alaraq komaya düşüb. 2025-ci ilin avqustunda isə Readovka nəşrinin Rusiyanın Prezident Administrasiyasına yaxın politoloq Andrey Tkaçenkonun nəzarətinə keçdiyi bildirilmişdi. Kostılev bir müddət bu məlumatı təkzib etmişdi.
Bundan əvvəl, 2022-ci ildə Kostılevin Rusiya ordusu üçün nəzərdə tutulan qış geyimləri partiyasının çatdırılmasını pozduğu barədə məlumat yayılıb. "The Bell" və "Meduza" nəşrlərinin birgə araşdırmasında bu fakt ətraflı təsvir olunub.