İlk 12 saat ərzində İrana 900-ə yaxın raket zərbəsi endirilib və Ali dini rəhbər Əli Xamenei başda olmaqla 40 nəfərdən çox yüksək vəzifəli məmur öldürülüb. Müharibənin ilk fazasını - rejimin hərbi-siyasi elitanın başsız qoyulmasını sona çatmış hesab edə bilərik. Zərbələr davam edir, təxminən bu gün, maksimum sabah İran HHM sisteminin sıradan çıxarılması və İran səmasının tamamilə nəzarətə götürülməsi planlaşdırılır, bundan sonra zərbələr kütləviləşəcək və güclənəcək. Bu xəna, o xənadan deyil... P.S. Bütün dünyaya səpələnmiş iranlıların, Əli Xameneinin ölüm xəbərini sevinclə qarşılanma videoları yayılır. Kamran Cəfərov TEREF