Pentaqondan İranla bağlı açıqlama - “Ərazidə qoşunumuz yoxdur”

Bu gün, 00:07           
Pentaqondan İranla bağlı açıqlama -
ABŞ ordusu İranın hərbi infrastrukturunu sıradan çıxarmaq üçün pilotsuz uçuş aparatları, esminetslər, HIMARS yaylım atəşli raket sistemləri və “Tomahawk” qanadlı raketlərindən istifadə edir.

CNN xəbər verir ki, bu sözləri əməliyyatların gedişatı barədə məlumat verən Pentaqon rəhbəri Pit Heqset deyib.

O, həmçinin hazırda İran ərazisində heç bir Amerika əsgərinin olmadığını, zərbələrin yalnız məsafədən endirildiyini vurğulayıb.

Nəşr yazır ki, Pentaqon rəsmiləri arasında İranın mümkün qeyri-mütənasib cavab tədbirləri ilə bağlı ciddi narahatlıqların artdığı bildirilir.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]