ABŞ İrana qoşun yeridir? - Tramp açıqladı Bu gün, 07:04 ABŞ Prezidenti Donald Tramp İrana quru qoşunların yeridilməsi ehtimalını istisna etmədiyini bəyan edib.Tramp bunu "The New York Post"a açıqlayıb.Onun sözlərinə görə, "Epic Fury" ("Epik Qəzəb") əməliyyatı qrafikdən irəlidədir və Tehranın onlarla yüksək rütbəli məmurunu məhv edib."Quru qoşunları ilə bağlı heç bir şübhəm yoxdur. Hər Prezident deyir: Yerdə qoşun olmayacaq. Mən belə demirəm", - o bildirib.Daha əvvəl Tramp müharibənin təxminən dörd həftə davam edə biləcəyini söyləyib, lakin müsahibədə müddətlərin qısala biləcəyini qeyd edib./Report Facebook-da paylaş