Qazaxstan "AZAL İŞİ"ni bitirir... - AÇIQLAMA

Bu gün, 10:27           
Qazaxstan "AZAL İŞİ"ni bitirir... - AÇIQLAMA
AZAL təyyarə qəzasını araşdıran komissiya işini mümkün qədər tez başa çatdırmaq üçün bütün səylərini əsirgəməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat verib.

"İstintaqın başa çatması üçün dəqiq son tarix hələ müəyyən edilməyib, lakin komissiya onu mümkün qədər tez başa çatdırmaq üçün əlindən gələni edir", - deyə nazirlik qeyd edib.

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Qeyd edək ki, təyyarə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Qroznı üzərində vurulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]