Hörmüz boğazı tamamilə bağlandı - İrandan ABŞ-a sərt həmlə

Bu gün, 12:40           
Hörmüz boğazı tamamilə bağlandı - İrandan ABŞ-a sərt həmlə
Dünən İran dünya neft arteriyası kimi tanınan Hörmüz boğazını bağladığını bəyan edib.

Bizimesr.az xəbər verir ki, SEPAH-ın baş komandanının müşaviri generalı İbrahim Cəbbari bu barədə açıqlama yayıb.

O deyib ki, Hörmüz boğazından keçməyə çalışan hər hansı bir gəmini yandıracaqlar. “Neft boru kəmərlərinə hücum edəcəyik və bölgədən bir damla neftin belə çıxmasına imkan verməyəcəyik. Neftin qiyməti yaxın günlərdə 200 dollara çatacaq”.

Qeyd edək ki, hazırda dünya bazarında bu hadisədən dolayı ciddi dalğalanma müşahidə olunur. Dünən axşam saatlarında neftin qiyməti 79 dollardan 83 dollara yüksəlib.

Bəzi ekspertlər gərginlik davam edərsə, qiymətlərin 100 dolları keçəcəyini düşünürlər. Lakin bu rəqəmin 200 dollara qədər artacağı ciddi dairələr tərəfindən proqnozlaşdırılmır. Bildirək ki, Hörmüz boğazı Yaxın Şərq neft və qazının daşınmasında önəmli yer tutur. Dünya neft təlabatının 25 faizi bu boğaz vasitəsi ilə daşınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]