Avropa Birliyi Yaxın Şərqdə münaqişəyə hazır deyil - Politico

3-03-2026, 16:22           
Avropa Birliyi Yaxın Şərqdə münaqişəyə hazır deyil - Politico
"Avropa İttifaqı Yaxın Şərqdə genişmiqyaslı eskalasiyaya hazır deyil və hadisələrin inkişafını kənardan izləmək məcburiyyətindədir".

Bizimesr.az bildirir ki, bu barədə "Politico" nəşri yazıb.

Nəşrin məlumatına görə, Vaşinqton və Təl-Əvivdən fərqli olaraq, Brüssel qarşıdurmada iştirak ssenarilər hazırlamadığı üçün qərar qəbuletmə prosesindən kənarlaşdırılıb.

"ABŞ və İsrail buna hazırlaşırdılar... AB buna hazır deyildi... İndi biz tamaşaçı kimi oturmuşuq, çünki bu müharibənin fəal iştirakçısı deyilik".

Məqalə müəllifləri qeyd edirlər ki, mövcud vəziyyət "xoşagəlməz bir həqiqəti" ortaya çıxarıb - Avropa İttifaqının regionda hər hansı əhəmiyyətli addımlar atmaq və ya hadisələrin gedişatına təsir göstərmək üçün kifayət qədər resursu və siyasi təsiri yoxdur.

"Financial Times" qəzeti daha əvvəl yazırdı ki, Avropa liderləri ABŞ prezidenti Donald Trampın İrana zərbə endirmək qərarından təəccübləniblər, lakin indi artan münaqişəyə qoşulmaq məcburiyyətində qalıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru