Bu arada İranla Çin arası aydınlaşma gedir - Çinin İrana verdiyi hava hücumundan müdafiə sistemi yararsız çıxdı

4-03-2026, 00:06           
Bu arada İranla Çin arası aydınlaşma gedir -
İran indi davam edən müharibədə Çinin hava hücumundan müdafiə sistemlərinin tamamilə sıradan çıxmasından öz narazılığını bildirdiyi xəbərləri yayılır. Çinin İrana verdiyi üç HQ-9B hava hücumundan çox bahalı müdafiə sistemi ABŞ və İsrail tərəfindən hava hücumlarının ilk saatı ərzində İranda aşkarlanıb və məhv edilib.
Həm də, bu sistemlər İrana neftlə dəyişmə ilə əvəzlənib və olduqca baha qiymətə başa gəlib. Ümumiyyətlə, İran neftinə embarqo sanksiyası olduğu üçün, İranla olan barterdə onun nefti, çox aşağı qiymətlə hesablanıb.
İran rejimi də özəl marağı üçün xalqın sərvətini su qiymətinə sağa-sola paylayıb. Və nəticəsi isə: inflyasiya, İran pul vahidinin, Rialın hədsiz qədər çöküşü.
İlqar Altay
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru