Ruisyadan İrana hərbi dəstək veriləcəkmi? - BRİKS-in öhdəliiyi...

4-03-2026, 17:37           
Ruisyadan İrana hərbi dəstək veriləcəkmi? - BRİKS-in öhdəliiyi...
"BRİKS-ə üzvlük ölkələrin bir-birinə hərbi yardım göstərməsini tələb etmir".

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin İrana hərbi yardım edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib. Onun sözlərinə görə, BRİKS çərçivəsində belə bir öhdəlik mövcud deyil.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevraldan etibarən İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Xatırladaq ki, İran Rusiya-Ukrayna müharibəsində Moskvanı dəstəkləyən ölkələr sırasında yer alır. Müharibənin ilk ilində - 2022-ci ildə İran Rusiyaya “Şahid” pilotsuz uçuş aparatları (PUA) təqdim edib, daha sonra isə bu texnologiyanı Rusiya tərəfinə ötürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru